Azərbaycan Mərkəzi Bankında daha iki təyinat olub

Azərbaycan Mərkəzi Bankının Maliyyə Sabitliyi departamentinə direktor təyin edilib.
"Cebheinfo.az" xəbər verir ki, bu vəzifə Ataxan Həsənova həvalə olunub.
O, AMB-də müxtəlif vəzifələrdə çalışıb.
Bundan başqa, Rəxşəndə Əlili qurumun Maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru vəzifəsinə gətirilib.
"Cebheinfo.az"