BMT-dən Qəzza ilə bağlı açıqlama

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin (UNOCHA) sözçüsü Jens Laerke, İsrailin 50 gündən artıqdır ki, humanitar yardımın qarşısını kəsdiyi Qəzza zolağının müharibənin "ən pis humanitar vəziyyətini" yaşadığını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Laerke, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisinin həftəlik mətbuat konfransında AA müxbirinin "50 gündən artıqdır Qəzzaya humanitar yardım axını yoxdur.
Oradakı insanların vəziyyəti necədir? Özlərini və uşaqlarını necə doyururlar? Yerdəki son vəziyyəti bizimlə bölüşə bilərsinizmi?" sualını cavablandırıb.
Dünənə qədər humanitar yardımın Qəzza zolağına çatmamasından 50 gün keçdiyini xatırladan Laerke, kommersiya yardımlarının daha uzun müddətdir Qəzza zolağına çatmadığına diqqət çəkib.
"Qəzzada siz tam fəlakətə doğru açıq tendensiya görə bilərsiniz. Hazırda Qəzzada bu, yəqin ki, bütün müharibədə gördüyümüz ən pis humanitar vəziyyətdir", - Laerke deyib.
Nigar Hacılı
"Cebheinfo.az"