Avropanın göbəyində qalmaqal: Hitlerin doğum günündə

Avropanın göbəyində qalmaqal: Hitlerin doğum günündə

İsveçin paytaxtı Stokholmda Adolf Hitlerin qurduğu keçmiş nasist partiyasının bayrağı üç rəsmi binada naməlum şəxslər tərəfindən dalğalanıb. 

"Cebheinfo.az" xəbər verir ki, aprelin 20-də, yəni Adolf Hitlerin doğum günündə İsveçin paytaxtı Stokholmun Essingeleden rayonunda magistral yolun girişində naməlum şəxslər tərəfindən üzərində svastika olan üç nasist bayrağı asılıb. Stokholm Polis İdarəsinin mətbuat sözçüsü Mats Eriksson verdiyi açıqlamada hadisə ilə bağlı bir çox insanın onlara şikayət etdiyini və nifrət cinayətləri səbəbiylə hadisə ilə bağlı araşdırma başlatdıqlarını söyləyib. 

İsveçdə belə şeylərin baş verməsinin xoş olmadığını vurğulayan Eriksson magistral yolun girişindəki qayaların üzərində siyasi mesajlar olan pankartlara tez-tez rast gəldiklərini bildirib:

"Xüsusilə fəallar siyasi mesajlar paylaşırlar, çünki burada trafik sıxdır. Bu paylaşımın olması xoş deyil". Eriksson, nasist bayrağının böyük ehtimalla aprelin 20-də anadan olan diktator Adolf Hitlerin doğum günü üçün asıldığını bildirib. 

Nigar Hacılı 
"Cebheinfo.az"