Deputat: “Xərclər artıqca, büdcə nəzarəti də gücləndirilməlidir”

Deputat: “Xərclər artıqca, büdcə nəzarəti də gücləndirilməlidir”

“Büdcə xərclərinin artması önəmli məsələdir. Amma xərclər artıqca, büdcə nəzarəti də gücləndirilməlidir”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Azər Əmiraslanov Hesablama Palatasının hesabatına münasibət bildirərkən deyib. Komitə sədri qeyd edib ki, Hesablama Palatasının hazırladığı hesabat çox uğurlu və beynəlxalq standartlara uyğun hazırlanıb. 

Qeyd edək ki, Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib. Sənəddə qurumun “2021-2025-ci illər üzrə Strateji Plan”ına uyğun olaraq ötən il planlaşdırılmış və icra edilmiş fəaliyyətlər müvafiq büdcə və nəticə göstəriciləri (indikatorları) qeyd olunmaqla əks etdirilib. 

İllik İş Planında nəzərdə tutulmuş və həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı icmallaşdırılmış və statistik məlumatlar hesabata daxil edilib, dövlət vəsaiti və digər dövlət əmlakından istifadə zamanı yol verilmiş xarakterik nöqsan və maliyyə pozuntuları, əldə edilmiş nəticələr, müvafiq sahə üçün aktual hesab edilən risklər və diqqətə alınmalı məqamlar barədə məlumatlar verilib. 

Vilayət Muxtar 
“Cebheinfo.az”