Palata 2024-cü ildə 52 nəzarət tədbiri keçirib

Hesablama Palatası 2024-cü ildə 52 nəzarət tədbiri keçirib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Milli Məclisin aprelin 22-də keçirilən plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxışı zamanı bildirib.
O qeyd edib ki, 2024-cü il ərzində Palata tərəfindən ümumilikdə 52 kənar dövlət maliyyə nəzarət tədbiri həyata keçirilib. Bu tədbirlərdən 45,5 faizi bir neçə dəfə və ya müxtəlif mövzular üzrə təşkil olunub. Auditlərin əhatə dairəsi icmal büdcənin müxtəlif elementləri, dövlət büdcəsi, büdcədənkənar fondlar və Naxçıvan Muxtar Respublikasının büdcəsini əhatə edib.
V.Gülməmmədov qeyd edib ki, hesabat ilində kənar dövlət maliyyə-nəzarət tədbirlərində Hesablama Palatasının diqqətdə saxladığı sahələr, əsasən, işğaldan azad olmuş ərazilərin bərpası, ətraf mühit, iqtisadi fəaliyyət və büdcədənkənar fondlardır.
"Cebheinfo.az"