Hərbçilər tarixi binaları məhv ediblər

Hərbçilər tarixi binaları məhv ediblər

Ukrayna hərbçiləri Rusiyanın Kursk vilayəti ilə sərhədindəki Qornaldakı monastırda tarixi binaları partladıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya təhlükəsizlik qüvvələrinin TASS-a verdiyi məlumatda bildirilir.

Onların fikrincə, monastır böyük ziyan görüb.

"Təəssüf ki, monastırın binalarına böyük ziyan dəyib. Həm binalarda, həm də monastırın ətrafında düşmən minaatan və artilleriya dəstələri yerləşdirib, binalarda pilotsuz uçan aparatların idarə olunması mərkəzləri və canlı qüvvə yerləşdirilib. 

Bundan başqa, Ukraynanın bir neçə şəxsi heyəti qaçarkən tarixi binaları partladıb", - TASS-a mənbə bildirib.

Daha əvvəl təhlükəsizlik mənbəsi bildirmişdi ki, Rusiya qüvvələri Kursk vilayətinin Qornal kəndindəki Müqəddəs Nikolay Beloqorski monastırını azad edib.

Nigar Hacılı 
"Cebheinfo.az"