Əraqçinin konfransındakı çıxışı ləğv olundu

Əraqçinin konfransındakı çıxışı ləğv olundu

İranın BMT-dəki daimi nümayəndəliyi xarici işlər naziri Abbas Əraqçinin ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək Beynəlxalq Nüvə Siyasəti Konfransında çıxışının ləğv edildiyini təsdiqləyib. 

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “Mehr” informasiya agentliyi yazıb.

Aprelin 21-də Nyu-York ofisi yaydığı açıqlamada Karnegi Fondunun 2025-ci ildə keçiriləcək Beynəlxalq Nüvə Siyasəti Konfransında Əraqçinin iştirakını ləğv etdiyini bildirib.

İran missiyasının bəyanatına görə, konfrans təşkilatçılarının çıxışın formatını debata dəyişmək qərarına gəlməsindən sonra bu addım atılıb.

Bildirilib ki, ləğv edilmiş çıxışın tam mətni mediada dərc olunacaq.

“Bəzi məlumatlara görə, Karnegi Fondu Vaşinqtondakı İsrail lobbisinin təşkil edilmiş təzyiqi ilə əlaqədar çıxışı ləğv edib”, - İran mediası yazır.

Müşfiq Abdulla 
“Cebheinfo.az”