Şahramanyan qondarma rejimə rəhbərlikdən imtina edir

Qarabağda ləğv edilmiş qondarma rejimin “prezidenti” Samvel Şahramanyanın "səlahiyyət" müddəti mayın 21-də başa çatır.
“Cebheinfo.az”-ın məlumatına görə, bundan sonra növbəti uydurma “prezident” seçkiləri keçirilə bilər. Lakin cinayətkar rejim özünü buraxdığı üçün “seçkilər”in keçirilməsi qeyri-mümkündür.
“Hraparak” qəzetinin yazdığına görə, indi əsas məsələ “seçkilər”də kimin namizəd olmasıdır. Samvel Şaxramanyana yaxın olanlarda belə bir təəssürat yaranıb ki, onun namizəd olmaq istəyi yoxdur. Lakin o, hazırkı “parlament”in deputatlarının əksəriyyətinin səs verməyə hazır olduğu yeganə məqbul namizəddir.
Xatırladaq ki, “prezident” seçkilərinin birinci turunda 22, ikinci turda isə 17 səs lazımdır. “Hraparak” qeyd edir ki, əgər hamı üçün məqbul namizəd tapılmasa, Şaxramanyanı inandırmalıdırlar ki, institutun dağılmaması üçün öz bitmiş işini aparmaqda davam etsin.
Müşfiq Abdulla
“Cebheinfo.az”