ATƏT-in baş katibi Gürcüstanda səfərdədir

ATƏT-in baş katibi Gürcüstanda səfərdədir

ATƏT-in baş katibi Feridun Sinirlioğlu Gürcüstana səfər edib.

"Cebheinfo.az" xəbər verir ki, o, aprelin 22-də Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşəcək, bundan sonra mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.

ATƏT-in Baş katibinin Gürcüstanın icra və qanunvericilik orqanlarının yüksəkvəzifəli şəxsləri ilə görüşləri də planlaşdırılır.

Səfər çərçivəsində Feridun Sinirlioğlu işğal xəttinə yaxın yerləşən Odzisi kəndinə də baş çəkəcək, mövcud vəziyyətlə yerindəcə tanış olacaq.

"Cebheinfo.az"