Qidadan zəhərlənənlər evə buraxıldı - YENİLƏNİB

22.04.2025-ci il tarixində saat 07:30 radələrində 5 nəfər (4 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən bildirilib.
Funksional mədə-bağırsaq pozğunluğu diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
***
09:21
Gəncədə bir ailənin beş üzvünün zəhərlənməsi ilə bağlı araşdırma aparılır.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsi tərəfindən məsələ nəzarətə götürülüb.
"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Əlavə məlumat veriləcək", - açıqlamada deyilir.
***
09:08
Gəncədə bir ailənin beş üzvü xiyardan zəhərlənib.
"Cebheinfo.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini 1992-ci il təvəllüdü Elvin Ramazanov, həyat yoldaşı 1994-cü il təvəllüdlü Şəkər Ramazanova, övladları 10 yaşlı Rəbiyə Ramazanlı, 9 yaşlı Rüqayyə Ramazanlı və 3 yaşlı Zeynəb Ramazanlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta ağırdır.
İlkin məlumata görə, həmin şəxslər bazardan alınan xiyardan zəhərlənib.
"Cebheinfo.az"