“Deha” final edir

“Deha” final edir

Türkiyənin “Show TV” telekanalının iddialı serialı “Deha” ilə bağlı sürpriz qərar verilib.

“Cebheinfo.az” xəbər verir ki, ekran işi erkən bitiriləcək.

Reytinqlərdə gözləntilərin gerisində qalan layihənin 32-ci bölümdə final etməsi proqnozlaşdırılır.

Finaldan əvvəl isə ssenaridə də bəzi dəyişikliklər olacaq.

Onlardan biri də Taner Rumeli ilə bağlıdır.

Belə ki, aktyor bir müddət əvvəl ayrıldığı seriala “Karga” obrazı ilə geri qayıdacaq.

Onun 28-ci bölümdə ekran işinə qayıdaraq “Devran” ilə intiqam üçün işbirliyi edəcəyi deyilir.

Elmir 
“Cebheinfo.az”