Gəncədə bir ailənin 5 üzvü zəhərləndi: Üçü uşaqdır

Gəncədə bir ailənin 5 üzvü zəhərləndi: Üçü uşaqdır

Gəncədə bir ailənin beş üzvü xiyardan zəhərlənib. 

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər  verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 1992-ci il təvəllüdü Elvin Ramazanov, həyat yoldaşı 1994-cü il təvəllüdlü Şəkər Ramazanova, övladları 10 yaşlı Rəbiyə  Ramazanlı, 9 yaşlı Rüqayyə Ramazanlı və 3 yaşlı Zeynəb Ramazanlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta ağırdır. 

İlkin məlumata görə, həmin şəxslər bazardan alınan xiyardan zəhərlənib.

"Cebheinfo.az"