Ukrayna ərazisinin 20%-ni Rusiyaya verməyə hazır görünür

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibəni həll etmək üçün təklif etdiyi sülh planının məzmununu bu həftə açıqlayacaq.
Bu plana təklif olunan atəşkəs rejiminə əməl etmək üçün Avropa qoşunlarının Avropa qoşunlarının döyüşdə olan ölkəyə göndərilməsi də daxil ola bilər.
“Cebheinfo.az” xəbər verir ki, u abrədə “The New York Post” yazır.
Cümə günü Trampın Vaşinqtonun hər iki döyüşən tərəflə aylardır apardığı müzakirələrdən sonra Amerikanın atəşkəs danışıqlarında iştirakını dayandırmaqla hədələməsindən sonra Birləşmiş Ştatlar Rusiya və Ukraynanın sülh razılaşmasına cavab verməsini gözləyir.Tramp jurnalistlərə “Bütün təfərrüatları qarşıdakı üç gün ərzində sizə verəcəyəm. Ancaq Ukrayna, Rusiya ilə bağlı çox yaxşı görüşlərimiz oldu... Görək bundan nə çıxacaq”,-deyib.
Kiyev və Moskva planı daxildə müzakirə etdiyi üçün şərtlər hələ yekunlaşmasa da, yüksək səviyyəli administrasiya rəsmisi nəşrə bildirib ki, müharibənin dayandırılması və atəşkəs əldə olunarsa, Avropa qüvvələrinin Ukraynaya yerləşdirilməsini nəzərdə tuta bilər.
Atəşkəs rejiminə nəzarət etmək üçün ayrıca sülhməramlı qüvvələrin yaradılmasından da danışılır. Bu da rusların, ukraynalıların və NATO üzvü olmayan üçüncü ölkədən ibarət “birgə komissiya” kimi görünür. Hər iki tərəfin silahı yerə qoymasını təmin etmək üçün cəbhə xəttində monitorinq keçirəcək.
“The New York Post” xəbər verir ki, yüksək səviyyəli administrasiya rəsmisi cümə günü bildirib ki, Kiyev ötən həftə ABŞ rəsmiləri ilə danışıqlar zamanı Ukraynanın Rusiya tərəfindən işğal olunmuş hissələrinin Moskvanın suveren ərazisi kimi tanınmasına işarə edib. Onlar razılaşmanın “torpaq” hissəsindən ən çox narahatdırlar.Rəsmiyə görə, Ukrayna torpaqlarının 20%-dən imtina etməyə hazır görünür.
“De-fakto” o deməkdir ki, biz rusların bu torpaqları işğal etdiyini etiraf edirik, lakin biz demirik ki, Ukrayna bundan həmişəlik imtina edəcək”, - deyə rəsmi bildirib. “De-yure” o deməkdir ki, biz rusların bu torpağı işğal etdiyini tanıyırıq və biz onu bir daha görməyəcəyik”,-deyə o əlavə edib. Planın təfərrüatları ortaya çıxmağa başlasa da, tərəflərin harda razılaşdığı bəlli deyil. Həm Kiyev, həm də Moskva mümkün şərtləri araşdırır.ABŞ-ni danışıqlar masasından kənarda saxlamaq üçün saziş imzalamaq ehtimalı ilə bağlı xəbərləri təkzib edilir.
Ukraynanın müdafiə naziri Rustem Umerov bildirib ki, ölkəsi ABŞ-nin təklif etdiyi sülh sazişi ilə təxminən 90 faiz razıdır. Onlar ötən həftə Parisdə dövlət katibi Marko Rubio və prezidentin xüsusi elçiləri Stiv Vitkoff və Keyt Kelloqla müzakirə ediblər.
Bununla belə, Umerov mənbənin həftəsonu açıqlamasını təkzib edərək “Sky News”-a deyib ki, onun ofisi siyasi qərarlar qəbul etmir:
"Bizim bir neçə prinsipial mövqeyimiz var. Biz martın 11-də ABŞ-nin tam atəşkəs təklifini dəstəklədik, Rusiya isə ABŞ-nin atəşkəs təklifini dəstəkləmədi və Ukrayna şəhərlərinə və infrastrukturuna gündəlik zərbələri davam etdirir. Belə şəraitdə kiminsə hər hansı dialoqun gedişatını necə müzakirə edəcəyi və ya faizlə ölçə biləcəyi bəlli deyil”.
O, müzakirələrdə Kiyevin nümayəndə heyətini təşkil edən iki yüksək rütbəli ukraynalı məmurdan biri olub. Görüşün təfərrüatların Ukrayna pPrezidenti Volodimir Zelenskiyə təqdim edəcəyi gözlənilirdi."Bizim əsas sualımız atəşkəs təklifinin işləməsini və etibarlı şəkildə izlənilməsini necə təmin etməkdir", - deyə o, açıqlamasında bildirib. “Biz amerikalı tərəfdaşlarımızla konstruktiv dialoqu davam etdiririk və bu müharibəyə son qoymağa tam sadiqik”,-deyə o vurğulayıb.
Xəzər
“Cebheinfo.az”