Deputat Hesablama Palatasının işini yüksək qiymətləndirib

“Hesabatdan görünür ki, Hesablama Palatası öz işini yüksək səviyyədə görüb”.
“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Fazil Mustafa deyib.Deputat hesab edir ki, səmərəsiz xərclərin təsnifatı da verilməlidir:
“Çünki bəzi qurumlar islahat adı altında müxtəlif layihələr icra edirlər və sonra bəlli olur ki, bu layihələrin nə dövlətə, nə də vətəndaşlara heç bir xeyri yoxdur”.
F.Mustafa əlavə edib ki, dövlət qulluğuna qəbul məsələsində də qanunsuzluqlar var:
“Müsahibə mərhələsi formal xarakter alıb. Şikayətlər olur ki, müsabiqədə ən yüksək bal toplayan şəxslər müsahibə mərhələsində müqaviləli namizədlərə uduzurlar.Bəlli olur ki, onlara ya bilərəkdən aşağı bal yazılır, ya da elə çətin suallar verirlər ki, onlar cavablaya bilmir. Düşünürəm ki, bu məsələdə müsahibə götürənlər müstəqil şəxslər olmalıdır”.
Vilayət Muxtar
“Cebheinfo.az”