Şərabçılıqla bağlı dəyişiklik III oxunuşdan keçdi

Şərabçılıqla bağlı dəyişiklik III oxunuşdan keçdi

Şərabçılıq məhsullarının reklamı ilə bağlı qaydalar dəyişir.

"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Üzümçülük və şərabçılıq haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı telekommunikasiya qurğularında, dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində və rəqəmsal platforma təsisçisi tərəfindən rəqəmsal platformada yerləşdirilən materiallarda yerləşdirilə bilməz.

Məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib. 

"Cebheinfo.az"