Ceylo müsəlman ölkəsində səhnə geyimlərini dəyişdi - FOTOLAR

Ceylo müsəlman ölkəsində səhnə geyimlərini dəyişdi - FOTOLAR

Dünya şöhrətli müğənni Jennifer Lopez (Ceylo) “Formula 1” Səudiyyə Ərəbistanı Qran Prisi tədbirləri çərçivəsində Ciddə şəhərində səhnəyə çıxan zaman ölkənin mədəni qaydalarına uyğun şəkildə geyim tərzində ciddi dəyişikliklər edib. 

“Cebheinfo.az” xəbər verir ki, müğənni açıq və diqqətçəkici səhnə geyimləri əvəzinə, boynundan ayaq barmaqlarına qədər bədənini tam örtən kostyumlar seçib.

Belə ki, adətən cəsarətli və açıq geyimlərlə səhnəyə çıxan Lopez bu dəfə 2019-cu ildə qüvvəyə minmiş “İctimai Əxlaq Qanunu”na uyğunlaşmaq məqsədilə qapalı geyinib.

O, bədən formalarını vurğulayan dar kombinezonlar geyinsə də, sinə, çiyin, qol, qarın, ayaq və hətta biləklərində belə heç bir çılpaqlıq müşahidə olunmayıb. 

Qeyd edək ki, ölkədə 2019-cu ildən qüvvədə olan “İctimai Əxlaq Qanunu”na əsasən, həm qadınlar, həm də kişilər diz və dirsəkləri örtəcək şəkildə geniş və örtücü geyimlər geyinməlidirlər. Ölkəni ziyarət edən əcnəbilər də yerli adət-ənənələrə hörmət əlaməti olaraq bu qaydalara əməl etməyə təşviq olunurlar. 

Bundan başqa Lopez “Instagram” hesabında paylaşdığı mesajda “Təşəkkürlər Səudiyyə Ərəbistanı Qran Prisi – Ciddə... Unudulmaz bir gecə idi.

Orada olmaq əla hiss idi. Yayda hamınızı yenidən görmək üçün səbirsizlənirəm!”, – deyərək turne çərçivəsində Səudiyyə Ərəbistanına yenidən səfər edəcəyini bildirib.

Xatırladaq ki, “Formula 1” yarışları 18–20 aprel 2025-ci il tarixlərində beşinci dəfə Ciddə Kornis trasında keçirilib. Tədbirdə Lopezlə yanaşı, Party Next Door, Major Lazer və Usher kimi məşhur ifaçılar da səhnə alıb. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”