AFFA Region Liqasının pley-off mərhələsinin püşkü atılıb - FOTOLAR

AFFA Region Liqasının pley-off mərhələsinin püşkü atılıb - FOTOLAR

AFFA Region Liqasının pley-off mərhələsinin püşkü atılıb.

"Cebheinfo.az" xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan tədbirdə 1/8 final cütləri müəyyənləşib.

Həmçinin iştirakçı komandaların 1/4 final və yarımfinaldakı potensial rəqibləri də bəlli olub.

1/8 final cütləri:

“Göyəzən” - “Biləsuvar”

“Record Club” – “Bərdə”

“Xudat City” - “Şirvan”

“Marafon” - “Dirçəliş”

“Çinar Zəngilan” - “Şirvan” OİK

“Xankəndi” - “Topçular”

“Ağstafa Gəncləri” - “Şirvanovka”

“Zəfər 44” - “Naftalan”

Qeyd edək ki, 1/8 final bir, 1/4 final və yarımfinal mərhələləri iki oyundan ibarət olacaq. 1/8 finalın matçları aprelin 26-27-də keçiriləcək.

"Cebheinfo.az"