“Hər mövzuda eyni tərəfdəyik” - Tramp

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb.
Bu barədə Tramp “Truth Social” hesabında paylaşım edib.
“Netanyahu ilə ticarət, İran və başqa mühüm mövzularla bağlı danışdım. Danışığımız çox yaxşı keçdi. Biz hər mövzuda eyni tərəfdəyik”, - Tramp qeyd edib.
"Cebheinfo.az"