“Krım bizim ərazimizdir” - Zelenski

“Krım bizim ərazimizdir” - Zelenski

“Ukrayna Rusiyanın Krımı işğal etməsini hüquqi cəhətdən tanımır”. 

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə deyib.

“Danılası bir şey yoxdur. Bu, bizim Konstitusiyadan kənardır. Bu, bizim ərazimizdir, Ukrayna xalqının ərazisidir”, - o vurğulayıb.

Zelenski əlavə edib:

“Krım, suveren ərazilərimiz haqqında söhbət başlayan kimi biz Rusiyanın istədiyi formata - müharibənin uzadılmasına daxil oluruq, çünki hər şeyi tez razılaşdırmaq mümkün olmayacaq”.

"Cebheinfo.az"