Ankarada saxta içkidən zəhərlənənlərin sayı 105-ə çatıb

Türkiyənin paytaxtı Ankarada saxta içkidən zəhərlənənlərin sayı 105-ə çatıb.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Onlardan 29-u reanimasiyadadır.
Qeyd olunub ki, hadisə ilə bağlı davam edən araşdırma çərçivəsində 43 nəfər həbs olunub.
Xatırladaq ki, daha əvvəl 81 nəfərin zəhərlənməsi barədə məlumat yayılmışdı.
"Cebheinfo.az"