Tarixin ən varlı idmançısı odur

Tarixin ən varlı idmançısı odur

Məşhur “Sportico” idman jurnalı tarixin ən varlı idmançılarının siyahısını açıqlayıb.

Bu haqda nəşrin saytında dərc olunub.

Belə ki, reytinqin lideri karyerası ərzində 4,15 milyard dollar qazanan amerikalı basketbolçu Maykl Cordan olub. İkinci yerdə qolfçu Tayqer Vuds (2,79 milyard dollar), üçüncü yerdə futbolçu Kriştiano Ronaldo (2,23 milyard dollar) qərarlaşıb.

Məbləğlərə maaşlar, bonuslar, pul mükafatları, qonorar və sponsor şirkətlərdə iştirakdan əldə edilən vəsaitlər daxildir (Bütün gəlirlər vergidən əvvəl hesablanıb).

Qeyd edək ki, Maykl Cordan Milli Basketbol Assosiasiyasının (NBA) altıqat çempionu və ikiqat Olimpiya çempionudur. 

"Cebheinfo.az"