Azərbaycan-Çin strateji tərəfdaşlığı dərinləşir: İlham Əliyev mühüm mesajlar verdi – Deputatdan ŞƏRH

Azərbaycan-Çin strateji tərəfdaşlığı dərinləşir: İlham Əliyev mühüm mesajlar verdi – Deputatdan ŞƏRH

Azərbaycan və Çinin strateji tərəfdaşlığı bir-birinə hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulub. Tarixi köklərə söykənən bu prinsiplər ötən il 2024-cü il iyulun 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində qəbul edilən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” ilə rəsmi strateji müstəviyə qədəm qoyub.

Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində sözügedən Birgə Bəyannaməni şərh edərək deyib ki, bu sənədlə Azərbaycan və Çin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlar olduqlarını təsdiq ediblər.

Daha sonra dövlət başçısı Astanadakı görüşü və onun yekunlarına dair qəbul edilən Birgə Bəyannaməni tarixi hadisə adlandırır və bunu Azərbaycan-Çin münasibətlərində yeni səhifə kimi qiymətləndirir.

Azərbaycan liderinin bu müsahibəsi ümumilikdə iki ölkə arasındakı əlaqələrin inkişafını, strateji tərəfdaşlığın əhəmiyyətini və gələcək perspektivlərini ətraflı şəkildə əks etdirir. Odur ki, müsahibədən çıxan nəticələrə nəzər salmaqda fayda var.

Hər şeydən öncə, bu müsahibədə ölkələrarası strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb. Dövlət başçısı 2024-cü ildə Çin ilə Azərbaycan

Azərbaycan və Çin arasındakı əlaqələrin inkişafı, ŞƏT-in rolu və Qlobal Cənubun əhəmiyyətini ətraflı şəkildə əks etdirilib. Prezident İlham Əliyevin fikirləri iki ölkə arasında əməkdaşlığın genişlənməsinin və beynəlxalq məsələlərdə birgə fəaliyyətin vacibliyini vurğulayır:

“Qlobal Cənubun bir hissəsi kimi, həmişə onun maraqlarını müdafiə etmişik. Azərbaycan 2019-2023-cü illərdə BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri olub. Planetin əhalisinin 80 faizi, dünya ÜDM-inin təxminən 50 faizi və məcmu beynəlxalq ticarət həcminin təqribən yarısı bu təşkilatın payına düşür. Qlobal Cənubun daha dayanıqlı, ədalətli və təhlükəsiz dünya nizamı qurulmasında iştirakı təbii prosesdir”.

Sözügedən müsahibədə, eyni zamanda, iki ölkə arasında humanitar mübadilələrin də inkişaf etdiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, Çin dilinin öyrənilməsi proqramları və turizm sahəsindəki artım, iki xalq arasında mədəni əlaqələrin güclənməsinə xidmət edir. Ötən il Azərbaycana gələn çinli turistlərin sayının iki dəfə artması, bu sahədəki müsbət tendensiyaların göstəricisidir.

Prezident İlham Əliyev, iki ölkə arasında əməkdaşlığın genişlənməsinin, həm iqtisadi, həm də mədəni sahələrdə müsbət nəticələr verəcəyini vurğulayıb. Bu, Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır və strateji tərəfdaşlığın daha da dərinləşməsinə imkan tanıyır. Prezidentin Çinə dövlət səfəri strateji tərəfdaşlığı daha da dərinləşdirəcək 

Beləliklə,  bu müsahibədən belə nəticə çıxır ki, Çin dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biridir. Ölkələrimiz qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir. Strateji tərəfdaşlığın qurulmasına dair Birgə Bəyannamə iki ölkənin mövcud müqavilə-hüquqi bazası çərçivəsində əməkdaşlığın sabit inkişafını təmin edir. Həmçinin, Azərbaycan və Çin sülh, inkişaf, bərabər hüquqlar, ədalət, demokratiya və azadlıq uğrunda, həmçinin hegemoniyaya və güc siyasətinə qarşı bəşəriyyətin ümumi dəyərlərinin təşviqi istiqamətində çıxış edir və s.

Sonda onu da qeyd edək ki, Prezident İlham Əliyev aprelin 22-də Çin Xalq Respublikasına dövlət səfərinə gedib. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Çin Xalq Respublikasının nəqliyyat naziri Liu Vey və digər rəsmi şəxslər qarşılayıblar.

Sözsüz ki, bu səfər Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığı daha da dərinləşdirəcək və iki ölkə arasında hərtərəfli əməkdaşlığın genişlənməsinə, qarşılıqlı maraqların daha da artırılmasına xidmət edəcək.

"Cebheinfo.az"