İki ölkə arasında gərginlik: Müharibə başlaya bilər

Skarboroq Sound yaxınlığında Çin döyüş gəmiləri ilə Filippin Hərbi Dəniz Qüvvələrinə məxsus patrul gəmisinin toqquşduğu bildirilir.
"Cebheinfo.az" xəbər verir ki, Cənubi Çin Dənizi bölgəsinə cavabdeh olan Xalq Azadlıq Ordusunun Cənub Teatr Komandanlığı əraziyə "qanunsuz" daxil olan Filippin patrul gəmisinin çıxarıldığını bildirib.
Komandanlığın sözçüsü, polkovnik Cao Civey, "Jacinto" sinifli patrul gəmisi BRP Apolinario Mabininin icazəsiz Çin sularına girdiyini və komandanlığa tabe olan bölmələrin qanunauyğun olaraq gəmini təsbit edib izlədiyini, xəbərdarlıq edərək ərazidən uzaqlaşdırdığını bildirib.
Cao Filippini pozuntularına və təxribatlarına son qoymağa çağıraraq, əks halda bunun nəticələrini yaşayacağı barədə xəbərdarlıq edib.
Buna cavab olaraq Filippin Hərbi Dəniz Qüvvələrinin sözçüsü, kontr-admiral Roy Vincent Trinidad regionda suverenlik iddiasını təkrar edərək, Filippin qüvvələrinin öz dəniz zonalarında istənilən gəmiyə etiraz etmək hüququna malik olduğunu bildirib.
Cənubi Çin dənizi, sahilyanı dövlətlər müstəqillik əldə etdikdən sonra İkinci Dünya müharibəsindən bəri region ölkələri arasında suverenlik mübahisələrinin diqqət mərkəzində olub.
İki ölkə arasında gərginliyə səbəb olan qarşılaşma ABŞ və Filippin tərəfindən təşkil edilən illik Balikatan hərbi təliminin başlamasına saatlar qalmış baş verib.
ABŞ Prezidenti Donald Trampın ikinci prezidentliyi dövründə ilk dəfə keçirilən təlimdə hər iki ölkədən 14 min əsgər iştirak edir.
Təyyarədaşıyan gəmilər, esmineslər və ABŞ istehsalı olan zenit-raket kompleksinin daxil olduğu təlim mayın 9-dək davam edəcək.
Nigar Hacılı
"Cebheinfo.az"