Palata bu məlumatları Nazirlər Kabinetinə təqdim etdi

Palata bu məlumatları Nazirlər Kabinetinə təqdim etdi

Hüquqi aktlarda boşluqlar barədə məlumat Nazirlər Kabinetinə təqdim edilib.

"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, kənar dövlət maliyyə nəzarəti tədbirləri zamanı müşahidə edilmiş hallardan irəli gələrək, yuxarı icra hakimiyyəti orqanının normativ hüquqi aktlarında yer alan ziddiyyətli məqamlar və ya tənzimlənməyən məsələlərə dair tövsiyələr Nazirlər Kabinetinə təqdim edilib:

“Bu tövsiyələr kənd təsərrüfatı sahəsində maliyyələşmə mexanizmləri, büdcə vəsaitindən istifadə üzrə normativlər və onların şamil olunduğu qurumlar, vahid büdcə təsnifatı, büdcədənkənar fondlarının investisiya fəaliyyəti ilə bağlı tənzimləmələrin təkmilləşdirilməsi, ətraf mühitə təsir edən bəzi təsərrüfatlar üzrə tənzimləmələrin yaradılması məsələlərini əhatə edib".

Palata sədri qeyd edib ki, vətəndaş müraciəti əsasında da bir audit İş Planına daxil edilib:

"2023-cü ildə istifadəyə verilmiş “Audit təklif et” bölməsi üzrə daxil olmuş təkliflər üzrə aparılmış risk qiymətləndirməsindən sonra təkliflərdən birinin 2025-ci ilin iş planına daxil olunmasına dair qərar qəbul edilib.

Ümumilikdə hesabat ilində Hesablama Palatasına 347 müraciət daxil olub. Əsasən təklif və ərizələrdən ibarət olan vətəndaş müraciətlərində hüquqların müdafiəsi ilə bağlı olmaqla, müvafiq dövlət orqanları üzrə şikayətlər də yer alıb".

"Cebheinfo.az"