Çaylarda sululuq yenidən artdı

Çaylarda sululuq yenidən artdı

Ötən sutka ilə müqayisədə bəzi çaylarda sululuq artıb.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Vəlvələçay-Afurcada 21 sm, Katexçay-Qəbizdərədə 11 sm, Qudiyalçay-Qımılda 10 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçay-Ağbaşlarda 2 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəngdə 14 sm,Tərtərçay-Kəlbəcərdə 13 sm, Bərgüşadçay-Əliquluuşağıda 11 sm, Oxçuçay-Bürünlüdə 8 sm, Zabuxçay-Bozlu və Tutqunçay-Comərddə 4 sm artım qeydə alınıb.

"Cebheinfo.az"