Azərbaycan süd məhsulları istehsalını azaldıb

Azərbaycan süd məhsulları istehsalını azaldıb

Bu ilin I rübündə Azərbaycanda 2 min 405,9 ton qaymaq və xama istehsal edilib.

"Cebheinfo.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 % azdır.

Yanvar-mart aylarında ölkədə pendir və kəsmik istehsalı isə 1 il əvvələ nisbətən 5,5 % azalaraq 12 min 954,4 ton olub.

Aprelin 1-nə respublikada 0,2 ton qaymaq və xama ehtiyatı, 98,2 ton pendir və kəsmik ehtiyatı yaranıb.

Xatırladaq ki, 3 ayda Azərbaycanda 1 milyard 395,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 12,2 % çoxdur.

"Cebheinfo.az"