Norveç Kraliçası xəstəxanaya yerləşdirildi

Norveç Kraliçası xəstəxanaya yerləşdirildi

Norveç Kraliçası Sonya xəstəxanaya yerləşdirilib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Krallığın Mətbuat xidməti yayıb.

Bildirilib ki, 87 yaşlı Kraliça nəfəs darlığı hiss etdikdən sonra helikopterlə müayinə üçün Milli hospitala aparılıb. 

Məlumata görə, yanvar ayında Kraliçanın ürəyinə kardiostimulyator quraşdırılıb.

Qeyd edək ki, Sonya 1991-ci il yanvarın 17-də taxta çıxıb. O, Kral V Harald ilə evlidir. Cütlüyün iki övladı – 49 yaşlı şahzadə Haakon və 51 yaşlı şahzadə Marta-Luiza – var.

"Cebheinfo.az"