Deputatdan sərt açıqlama: “Hesablama Palatası hesabatı təqdim edir, sonra...”

“Fəaliyyətində qüsurlar aşkarlanmış dövlət qurumlarının rəhbərlərinin və məsul şəxslərinin parlamentə dəvət olunmasınını istəyirəm ki, bizi narahat edən sualları onlardan soruşaq”.
“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.
Deputat qeyd edib ki, Çünki Hesablama Palatası hesabatı təqdim edir və proses bu gündən sonra bağlanır:
“Bu qədər asan yanaşma? Maraqlıdır ki, hansı məsuliyyətə cəlb etmə halları, maliyyə sanskiyaları həyata keçirilib? Kimlərsə, vəzifədən alınsın, çıxarılsın, həbsə atılsın demirəm, belə arzum da yoxdur. Hesablama Palatasının hesabatının müəyyən təlatümlər yarada bilməsini istəyir.
Yəni bu hesabatlar dövlət orqanlarının məsuliyyətinin artmasında dönüş yaratmağı bacarsın. Narahat olduğum məqamlardan biri də büdcə vəsaitinin təyinatı üzrə xərclənməməsi, deposit hesablarda saxlanması, süni şəkildə şişirdilməsi və büdcəyə qaytarılmasıdır.
Bu üç məsələdən birinin üzərində dayanmaq istəyirəm. Müxtəlif sahələr üzrə ciddi maliyyə ehtiyacları yaranır. Vətəndaşlardan müxtəlif problemlərin həllinə kömək ilə bağlı 10 minlərlə şikayət məktubları daxil olur.
Belə olan halda, dövlət orqanının vəsaiti təyinatı üzrə xərcləmədən büdcəyə qaytarması qəbuledilməzdir. Bu ona bənzəyir ki, onlarla insanın kəskin baş ağrıları var, onlarla qutu ağrıkəsici olan Parasetomolu onlara vermədən depoya qaytarırsan. Bu ciddi şəkildə məsuliyyət yaratmalıdır. Həm də çox ciddi”.
Vilayət Muxtar
“Cebheinfo.az”