Bayden: “81 yaşım var, amma 40 yaşında görünürəm”

Bayden: “81 yaşım var, amma 40 yaşında görünürəm”

ABŞ Prezidenti Co Bayden yaşı barədə ictimaiyyətə açıqlama verib.

“Cebhe.info” xəbər verir ki, 81 yaşlı Amerika lideri Nyu-Yorkda seçki kampaniyası üçün pul toplama tədbirində deyib ki, o, qocalıqda müdrikliyə nail olub.

 Eyni zamanda, indiki Amerika administrasiyasının rəhbəri hesab edir ki, o, cəmi 40 yaşında görünür.

"Bundan başqa, bilirəm ki, mən qırxdan çox da yaşlı görünmürəm".

ABŞ Prezidenti qarşıdan gələn seçkilərdə əsas rəqibi Donald Trampı da növbəti dəfə tənqid edib. Bayden onu “bu adam” adlandırıb və fikirlərini çox köhnəlmiş adlandırdı: “Onun ideyaları 18-91-ci əsrlərə aiddir”.

Xəzər
“Cebhe.info”