Peskov: “Avropa ilə əvvəlki münasibətlər olmayacaq” 

Peskov: “Avropa ilə əvvəlki münasibətlər olmayacaq” 

“Rusiya və Avropa ölkələri əvvəlki münasibətlərə qayıda bilməyəcək, Moskva dialoq qurmaqda qazandığı təcrübəni nəzərə alacaq”.

Cebhe.info-nun məlumatına görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov belə deyib.

“Bunlar münasibətlərin yeni modallığı haqqında razılaşmalar olacaq. Artıq əvvəlki kimi əlaqələr qurmaq mümkün olmayacaq və bunu heç kim, ilk növbədə də biz istəmərik”, - deyə Peskov əlavə edib.

Kremlin sözçüsü bildirib ki, coğrafi baxımdan Rusiya və Avropa bir-birindən qaça bilməz, ona görə də bu və ya digər şəkildə münasibətlər qurmalı olacaqlar.

Müşfiq Abdulla 
“Cebhe.info”