Goranboyda minik avtomobilli aşıb

Goranboyda minik avtomobilli aşıb

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Səfikürd kəndinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü 1994-cü il təvəllüdlü Hamlet Rəhimov və onun anası 1967-ci il təvəllüdlü Məhbubə Rəhimova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"