Cənubi Koreyada zəncirvari qəza baş verib

Cənubi Koreyada zəncirvari qəza baş verib

Cənubi Koreyanın paytaxtı Seulun Seongbuk rayonunda yerli vaxtla saat 09:21-də betonqarışdıran maşının yük maşınını arxadan vurması nəticəsində zəncirvari qəza baş verib.

"Cebhe.info" xəbər verir ki, polisdən verilən açıqlamada motosiklet də daxil olmaqla, 13 avtomobilin iştirakı ilə baş verən qəzada 17 nəfərin yaralandığı bildirilib.

Yük maşını sürücüsü və bir nəqliyyat vasitəsi sürücüsünün vəziyyətinin ağır olduğu, yaralıların xəstəxanaya aparıldığı bildirilib.

Qəzaya qarışan bir çox avtomobil yararsız hala düşərkən, hadisə yerinə gələn qruplar vasitələrin çıxarılması üçün işlərə başlayıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Ləman İsmayıl
"Cebhe.info