Hər uşaq üçün 75 min dollar veriləcək

Hər uşaq üçün 75 min dollar veriləcək

Cənubi Koreya şirkəti ölkədə son dərəcə aşağı doğum səviyyəsini düzəltmək üçün milyonlarla dollar ödəməyə hazırdır. 

"Cebhe.info" xəbər verir ki, Seulda yerləşən tikinti şirkəti Booyoung Group keçirdiyi mətbuat konfransında işçilərinə hər dünyaya gələn uşaq üçün 100 milyon Koreya vonu və ya 75 min dollar ödəməyi planlaşdırdıqlarını açıqlayıb. 

Şirkət həmçinin əlavə edib ki, 2021-ci ildən bəri ümumilikdə 70 uşaq dünyaya gətirən işçilərə 7 milyard Koreya vonu və ya 5,25 milyon dollar pul ödəyəcək. Hökumət tikinti üçün torpaq ayırsa, üç körpəsi olan işçilərə 300 milyon Koreya vonu və ya 225 min dollar nağd, yaxud kirayə ev almaq arasında seçim imkanı veriləcək. Rəsmi məlumatlara görə, Cənubi Koreya hazırda dünyada ən aşağı doğum səviyyəsinə malikdir. Mütəxəssislərin proqnozlarına görə, bu nisbətin 2025-ci ilə qədər daha da azalacağı gözlənilir. “Booyung Group” açıqlamasında doğumların təşviqinə və ölkənin gələcəyi ilə bağlı narahatlıqlara töhfə verən bir şirkət kimi tanınacaqları ilə bağlı ümid etdiyini bildirib.

Ləman İsmayıl 
"Cebhe.info"