Ukraynanın Odessa şəhərində partlayış olub

Ukraynanın Odessa şəhərində partlayış olub

Ukraynanın Odessa şəhərində ötən gecə partlayış baş verib.

"Cebhe.info" xəbər verir ki, Ukraynanın Cənub Müdafiə Qüvvələri Odessa şəhərində bir infrastruktur obyektinin zədələndiyini bildirib.

Dnepr və Kiyevin nəzarətində olan Zaporojye şəhərində də partlayışlar qeydə alınıb. Nəticədə Zaporojyedə infrastruktur obyekti zədələnib.

Bundan əvvəl Kiyev, Vinnitsa, Kirovoqrad, Odessa, Nikolayev, Poltava, Sumı, Xarkov və Çerkassı vilayətlərində hava hücumu sirenaları səslənib.

Nigar Hacılı 
"Cebhe.info"