Yaponiyanın əhalisi sürətlə azalır

Yaponiyanın əhalisi sürətlə azalır

 

Ötən il Yaponiya əhalisi 2022-ci ilə nisbətən 595 min nəfər azalaraq 124 milyon 352 min nəfərə enib.

"Cebhe.info" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər və Rabitə Nazirliyinin dərc etdiyi məlumatda deyilir.

Məlumatlara görə, Yaponiya əhalisi son 13 ildə dəfələrlə azalıb. Ölkə daxilində yaşayan əcnəbilər nəzərə alınmasa, Yaponiya əhalisi 837 min nəfər azalaraq 121 milyon 193 min nəfərə çatıb.

1950-ci ildən sonra qeydə alınan məlumatlara görə, bu, ən böyük azalmadı.

Yaşı 65-dən yuxarı olan əhalinin sayı 36 milyon 227 min nəfərə, 75 yaşdan yuxarı olanların sayı 20,08 milyona yüksəldiyi halda, 0-14 yaş arası əhalinin sayı azalaraq 14 milyon 173 min nəfərə çatıb.

Yeni əhali sferasında 65 yaşdan yuxarı seqment yüzdə 29,1%, 75 yaşdan yuxarı seqment yüzdə 16,1%, 0-14 yaş arası seqment yüzdə 11,4% olaraq qeyd edildi.

“Əmək qabiliyyətli yaş” hesab edilən 15-64 yaş arası əhali əvvəlki ilə nisbətən 256 min nəfər azalaraq 73 milyon 952 min nəfər hesablanıb.

Yaponiyanı təşkil edən 47 inzibati rayon arasında əhalisi 0,34 faiz artan yeganə bölgə paytaxt Tokio olub.

Ən çox əhali itkisi şimal-şərqdəki "Tohoku" bölgəsində yerləşən Aomori, İvate və Yamaqata əyalətlərində baş verib.

Bundan əlavə, ötən il Yaponiyada yaşayan əcnəbi əhalinin sayı 243 min nəfər artaraq 3,16 milyon nəfərə çatıb.

Nigar Hacılı 
"Cebhe.info"