Almaniya millisinin baş məşqçisi müqaviləsini yeniləyib

Almaniya millisinin baş məşqçisi müqaviləsini yeniləyib

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann müqaviləsini yeniləyib.

Bu barədə 36 yaşlı mütəxəssis açıqlamasında bildirib.

O, Almaniya Futbol Assosiasiyası ilə bu ilin yayına qədər olan sözləşmə müddətini 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının sonuna qədər uzatdığını deyib.

Qeyd edək ki, Yulian Naqelsmann 2023-cü ilin sentyabrından Almaniya yığmasına rəhbərlik edir.

"Cebhe.info"