Bir kiloqram yaşıl çay rekord məbləğə satılıb

Bir kiloqram yaşıl çay rekord məbləğə satılıb

Yaponiyada yaşıl çayı ilə məşhur olan Şizuokada mövsümün ilk məhsulunda bir kiloqram çay yarpağı 1,11 milyon yenaya (təxminən 7 min 200 dollar) satılaraq rekord qırıb.

"Cebhe.info" "NHK" telekanalına istinadən xəbər verir ki, Tokionun cənubundakı Şizuoka şəhərində 1957-ci ildən bəri keçirilən ənənəvi çay bazarında mövsümün ilk auksionu keçirilib.

Hərracda ölkə daxilində istehlak edilən məşhur "yabukita" növü yaşıl çay yarpaqlarının kiloqramı 1,11 milyon yenə, bu günə qədərki ən yüksək qiymətə satılıb.

Ryoqoçi Çay Sənayesi Dərnəyinin prezidenti Hideki Moçizuki açıqlamasında "Xoş qoxulu çay istehsal etdik. Ümid edirik ki, dadı və ətri insanların xoşuna gələcək" deyib.

Nigar Hacılı
"Cebhe.info"