"Kalori sözünü unudun"-Həkim

"Kalori sözünü unudun"-Həkim

Teleaparıcı və 71 saylı Moskva xəstəxanasının baş həkimi Aleksandr Myasnikov ultra emal olunmuş qidaların, o cümlədən zülalən ciddi zərərləri barədə xəbərdarlıq edib.

"Cebhe.info" xəbər verir ki, onun sözlərinə görə, bu cür yeməyi sevənlərin onkologiya, ateroskleroz, böyrək xəstəliyinə tutulma, həmçinin vaxtından əvvəl ölüm riski daha yüksəkdir.

Həkim qeyd edib ki, protein batonlarının, uzun müddət dayanıqlı qatıqların və yalnız sağlam adlandırılan digər məhsulların tərkibində lif və qida maddələrinin sorulduğu struktur yoxdur.

"İnsanlar unudurlar və ya başa düşmürlər ki, əsas yediyin deyil, əsas onun necə sorulduğudur", - Myasnikov "Telegram" kanalında yazıb. Bununla əlaqədar olaraq o, kalori, zülal, yağ, karbohidrat sözlərini unudaraq, tərəvəz, meyvə, paxlalı bitkilər, balıq, quş əti, ət və taxılları minimum emal olunmuş formada yeməyə çağırıb.

Eyni zamanda, telehəkim həddindən artıq yeməməyi və çox hərəkət etməyi məsləhət görüb:"Sonra həm görünüş, həm də sağlamlıq lazımi səviyyədə olacaq".

Xəzər

"Cebhe.info"