Paşinyan etirazçılara səsləndi: “Siz yaşayın, yeyin, şam yandırın, qalanını biz edəcəyik”

Paşinyan etirazçılara səsləndi: “Siz yaşayın, yeyin, şam yandırın, qalanını biz edəcəyik”

“İndi mən daha böyük əminliklə deyirəm ki, təhlükəsizliyin legitimlikdən daha güclü və effektiv təminatı yoxdur”.

“Cebhe.info” xəbər verir ki, bunu parlamentdə hökumət saatında Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Mülki müqavilə” Partiyasından olan deputat

Qripsime Qriqoryanın müxalifətin məqsədinin nə olduğuna dair sualını cavablandırarkən deyib:

“Bunu eədnlər bizi qanuni ərazimizdən çıxarmaq, başqalarının qanuni hədəfinə çevirmək istəyirlər. İstəyirlər ki,  ölkələr və insanlar “Ermənistan müstəqil olmaq iqtidarında deyil” desin. Siz yaşayın, yeyin, şam yandırın, qalanını sizin üçün biz edəcəyik. Bəs hökumət, yerli hökumət, parlament nəyə lazımdır?”
Paşinyan din mövzusuna da toxunub.

“Məsələn, yeparxiyalar var, 10 rayon yerinə 10 yeparxiya olacaq. Axı erməni xalqının bu təcrübəsi var, imperiya hakimiyyəti dövründə gedib xeyir-dua alıb, Ermənistana qayıdıb təsir agentinə çevriliblər. Təsir agenti məsələsi bu günə qədər həll olunmayıb. Amma əminəm ki, yaxın 2-3 ay ərzində həll olunacaq”, - Paşinyan bildirib.

Xəzər
“Cebhe.info”