Qubernator açıqladı: "Rusiya sərhədçiləri antiterror əməliyyatı günü..."

Qubernator açıqladı: "Rusiya sərhədçiləri antiterror əməliyyatı günü..."

Rusiya sərhəd qoşunları 2022-ci ilin sentyabr hadisələrinin başladığı gün, bundan bir neçə saat əvvəl Qeqarkunik bölgəsini tərk edib.

"Cebhe.info" xəbər verir ki, bu barədə iyunun 5-də Qeqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan jurnalistlərlə söhbətində bildirib.

2022-ci ildə Rusiya sərhədçilərinin onlara həvalə edilmiş əraziləri tərk edib-etməməsi ilə bağlı suala Sarkisyan belə cavab verib:

“Mənim təsəvvürümə görə, oradakı ərazilər bizim Müdafiə Nazirliyinə həvalə edilib. Rusların orada nə etdiklərini şərh edə bilmərəm”.

Qubernator qeyd edib ki, 2022-ci il hücumundan əvvəl Rusiya sərhədçiləri Sotk ərazisində olublar:

“Region hakimiyyət orqanları onları getməyə təşviq etmədi. Bundan sonra onlar Yuxarı Şorji ərazisində olub. Elə o zaman da mətbuatda Rusiya avtomobillərinin atəşə tutulduğu barədə məlumatlar yayılıb”.

Xəzər

"Cebhe.info"