Heyvanların bir evə yığılması faktı araşdırılır
Siyəzən rayonu, Səttar Xeyrulla, ev 40 ünvanında yaşayan sakinin heyvanları saxlayaraq onlara işgəncə verdiyi iddiaları yayılıb.
Məlumata görə, Bakıdan bir qrup könüllü heyvansevər bu ünvana gedərək çəkiliş aparmağa cəhd göstəriblər.
İddialara görə, ünvanda yaşayan sakin naməlum səbəblərdən çox sayda heyvanı evə toplayır, ancaq onları baxımsız vəziyyətdə saxlayır.
“Əldə etdiyimiz məlumata görə, qeyd olunan məsələ ilə bağlı Siyəzən Rayon Polis Şöbəsinə məlumat daxil olub. Hazırda RPŞ-nin təhqiqat qrupu zəruri araşdırmalar aparılır. Göstərilən videomaterialları maddi sübut kimi qəbul edirik. Həmçinin DİN Mətbuat Xidmətinin Quba regional qrupunundan faktı təsdiqləyiblər".
Həsən Məmmədov
"Cebhe.info"