22 il əvvəl yoxa çıxmışdı: Cəsədi üzə çıxdı

Peruda axtarış-xilasetmə qrupları 22 il əvvəl yoxa çıxan alpinistin cəsədini tapıb.
"Cebhe.info" xəbər verir ki, amerikalı alpinist Uilyam Stampfl 2002-ci ilin iyununda Perunun 4-cü ən hündür dağı olan Huaskarana dırmaşmağa getdikdən sonra ondan xəbər alınmadı. 59 yaşlı alpinist və komandası And dağlarında 6700 metrlik dağa qalxarkən qar uçqunu altında qalıb. Peru polisinin bu gün verdiyi açıqlamada bölgədəki buzların əriməsi nəticəsində Stampflın cəsədinin ortaya çıxdığı bildirilib.
Stampflın bədəni, paltarları, dırmaşma alətləri və çəkmələri soyuq sayəsində çox yaxşı qorunub saxlanılıb. Polis axtarış-xilasetmə qruplarının cəsədin üzərində pasport tapdığını və bununla da alpinistin şəxsiyyətinin təsdiqləndiyini bildirib. Dünyanın hər yerindən alpinistlər Huascaran və Caşan kimi qarlı zirvələrə sahib olan Perunun şimal-şərqindəki dağlara gedirlər.
Xatırladaq ki, ötən ay eyni ərazidə 35 yaşlı italyan alpinist Tomas Françininin cəsədi tapılmışdı. Bildirilib ki, alpinist dırmaşarkən yıxılaraq dünyasını dəyişib.
Nigar Hacılı
"Cebhe.info"