ABŞ bu ölkənin şirkətlərinə sanksiya tətbiq etdi

ABŞ bu ölkənin şirkətlərinə sanksiya tətbiq etdi

ABŞ Çinin 3 şirkətinə və bir Çin vətəndaşına Pakistanın ballistik raket proqramına məhsul tədarük etdiklərini əsas gətirərək sanksiya tətbiq etmək qərarına gəlib.

"Cebheinfo.az" xəbər verir ki, Vaşinqton administrasiyası Pakistanın ballistik raket proqramına qarşı sanksiyaları davam etdirir.

ABŞ-nin sanksiya qərarına Pakistanın uzaqmənzilli ballistik raketlərinin hazırlanması və istehsalı ilə məşğul olduğunu düşündüyü Pakistan Milli İnkişaf Korporasiyası (NDC) daxildir.

NDC-nin “Şahin-3” və “Ebabil” də daxil olmaqla irimiqyaslı raket mühərriklərinin sınaqdan keçirilməsi üçün avadanlıq təmin etdiyi bildirilir.

Sanksiya tətbiq edilən Çin şirkətləri arasında "Hubei Huachangda Intelligent Equipment Company", "Universal Enterprise Limited" və “Xi”an Longde Technology Development Company Limited"in olduğu, sanksiya tətbiq edilən çinlinin isə Luo Dongmei olduğu bildirilib.

Xatırladaq ki, aprel ayında da ABŞ Dövlət Departamenti Pakistanın ballistik raket proqramında istifadə olunan materialların tədarükünə görə dörd Belarus və Çin şirkətinə sanksiya tətbiq etmişdi.

Nigar Hacılı 
"Cebheinfo.az"