ABŞ-dən Ukraynaya növbəti zərbə

ABŞ-dən Ukraynaya növbəti zərbə

ABŞ Ukraynanı kiberhücumlardan qorumaq üçün ona yardımını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

"Cebheinfo.az" Bloombergə istinadən xəbər verir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən proqramlara müdaxilə nəticəsində onlarla Ukrayna və Amerika kibertəhlükəsizlik ekspertləri ilə müqavilələrin ləğv edildiyi bildirilir.

Qeyd olunur ki, təkcə müqavilələr deyil, həm də Ukraynanın kritik infrastrukturlarını qorumaq üçün nəzərdə tutulan kompüter avadanlığı və proqram təminatının tədarükü də həyata keçirilməyib.

Bəzi xidmətlərin ilkin planlara uyğun olaraq həyata keçirilmədiyi də bildirilib. Bu kontekstdə ləğv edilən layihələrdən biri də Ukrayna Mərkəzi Seçki Komissiyasının rəqəmsal təhlükəsizliyin gücləndirilməsi layihəsi olub.

Bildirilir ki, ABŞ Ukrayna üçün kibertəhlükəsizlik dəstəyinin əsas mənbəyidir.Son beş ildə USAID Ukraynanın kibertəhlükəsizlik səylərinə dəstək olaraq 200 milyon dollardan çox vəsait ayırıb.

Bu dəstəyə əlavə olaraq ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) və ABŞ Kiber Komandanlığı da Ukraynaya yardım edib.Bununla belə, fevral ayında açıqlanan məlumata görə, Donald Tramp administrasiyası USAİD-in müqavilələrinin 90 %-ni ləğv etməyə hazırlaşır.

Bu qərarın ABŞ-nin bütün dünyada inkişaf yardımının 60 milyard dollar azalması ilə nəticələnəcəyi gözlənilir.

Mart ayında dövlət katibi Marko Rubio USAID proqramlarının 83 %-nin bağlandığını açıqlamışdı.

Nigar Hacılı 
"Cebheinfo.az"