ABŞ və Rusiya arasında gizli anlaşma - SENSASİON DETALLAR

Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, Rusiya Prezidentinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Ağ Evdə yüksək səviyyəli danışıqlardan sonra Ukrayna üçün bəzi təhlükəsizlik təminatlarının verilməsinin məqbul olduğunu deyib.
“Cebheinfo.az”-ın məlumatına görə, Dmitriyev dalana dirənmiş danışıqlar prosesi ilə bağlı “Fox News”a açıqlama verib.
O, Ukraynanı Rusiyanın enerji obyektlərini vurmaqda ittiham edib.
Eyni zamanda, o, Ağ Evdəki danışıqlarda müsbət nəticə əldə edildiyini qeyd edib və Kremlin Kiyevə təhlükəsizlik zəmanəti almağa açıq ola biləcəyini bildirib.
Dmitriyev həmçinin, Ukraynanın NATO-ya daxil olmasını “ümumiyyətlə, qeyri-mümkün” adlandırıb.
Qeyd edək ki, bu yaxınlarda Dmitriyev KİV-ə açıqlamasında ABŞ Prezidenti Donald Tramp administrasiyasının əsas üzvləri ilə Moskva və Vaşinqton arasında dialoqun bərpasını müzakirə etdiyini bildirib.
“Bilirsiniz, əslində, son iki gündə Prezident Putinin göstərişi ilə mən burada, Vaşinqtonda Tramp administrasiyasının əsas üzvləri ilə görüşdüm”, - Kiril Dmitriyev Vaşinqtonda bir qrup jurnalistə belə deyib.
“Əsas mövzulardan biri, əlbəttə ki, Rusiya-Amerika münasibətlərinin bərpası, dialoqun bərpası, Bayden administrasiyası dövründə tamamilə dayandırılmış və kəsilmiş dialoqdur”, - deyə Dmitriyev əlavə edib.
Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyanın mövqeyini eşidir və onun narahatlığını anlayır.
“Ancaq qeyd edərdik ki, Prezident Trampın administrasiyası, administrasiyanın əsas adamları, onlar Rusiya-Amerika münasibətlərindəki bütün problemlərin həllini qarşıya məqsəd qoyublar. Təbii ki, onlar geosiyasi məsələlərin həllinə sadiqdirlər, bir çox məsələlərdə Rusiyanın mövqeyini eşidirlər”, - deyə Putinin nümayəndəsi bildirib.
Müşfiq Abdulla
“Cebheinfo.az”