Abşeron Olimpiya Kompleksinin tavanından su damdı - Oyun təxirə salındı

Abşeron Olimpiya Kompleksinin tavanından su damdı - Oyun təxirə salındı

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) keçirilməli olan “Abşeron” - NTD birinci pley-in oyunu təxirə alınıb.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb Abşeron Olimpiya İdman Kompleksinin tavanında yaranmış problem olub.

Belə ki, yağış nəticəsində tavandan su damıb.

Bu səbəbdən qarşılaşma sabah saat 16:00-a təyin olunub.

"Cebheinfo.az"