Aİ Rusiyanın 1,5 milyardını Kiyevə verir

Ukrayna iyulda dondurulmuş Rusiya aktivlərindən 1,5 milyard avro gəlir əldə edəcək, bu qərar Avropa İttifaqı (Aİ) tərəfindən verilib.
"Cebhe.info" xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
"Aİ 1,5 milyard avro dəyərində dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirləri ayırmağa razılıq verib. Ukraynanın bu vəsaiti 2024-cü ilin iyulunda alacağı gözlənilir", - məlumatda qeyd edilib.
Bildirək ki, vəsaitin 90 %-i Kiyevin hərbi xərclərinin maliyyələşdirilməsinə, qalan 10 %-i isə yenidənqurma işlərinə yönəldiləcək.
Nigar Hacılı
"Cebhe.info"