Al Jazeera: İsrail “HƏMAS”dan beş girovu azad etməyi tələb edib

Al Jazeera: İsrail “HƏMAS”dan beş girovu azad etməyi tələb edib

İsrail “HƏMAS”dan bir həftəlik atəşkəsin uzadılması müqabilində 5 girovun azad edilməsini və 10 cəsədin təhvil verilməsini tələb edib.

“Report” xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, “HƏMAS” İsrailin yeni tələblərini qəbul etməyəcəyini vasitəçilərə çatdırıb və mövcud razılaşmalara əməl etməyə çağırıb.

"Cebheinfo.az"