Avstraliya bu ölkəyə uçuşları dayandırır

Avstraliya bu ölkəyə uçuşları dayandırır

İsrailin Livana hücumları səbəbindən Avstraliyanın başlatdığı təxliyə uçuşlarının oktyabrın 13-dək davam edəcəyi, tələbatın azalması səbəbindən bundan sonra uçuşun həyata keçirilməyəcəyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, Avstraliya mətbuatında yer alan xəbərlərə görə, xarici işlər naziri Penny Vong sosial mediada etdiyi şərhdə, "13 oktyabra qədər (Livandan təxliyə uçuşlarında) boş yerlər var. Tələbatın azalması səbəbindən, 13 oktyabrdan sonra başqa uçuşlar planlaşdırılmır", - deyə bildirib. 

Vong Livandakı avstraliyalıları "ilk mövcud uçuşa getməyə" çağırıb.

Avstraliya oktyabrın 13-dək Beyrutdan vətəndaşlarını təxliyə etmək üçün hər gün iki uçuş həyata keçirməyi planlaşdırır.

3018 avstraliyalı və onların yaxın ailə üzvləri Livandan uçan təyyarələr üçün qeydiyyatdan keçib.

Oktyabrın 6-da Kanberra administrasiyası tərəfindən həyata keçirilən uçuşlar çərçivəsində 2300-dən çox Avstraliya vətəndaşı və onların birinci dərəcəli qohumları Livandan təxliyə edilib.

Nigar Hacılı 
"Cebheinfo.az"