Britaniya Ukraynaya "Typhoon" qırıcıları verməyi planlaşdırmır

Britaniya Ukraynaya "Typhoon" qırıcıları verməyi planlaşdırmır

Britaniya hökumətinin sözçüsü deyib ki, indi Britaniya qırıcılarının Ukraynaya göndərilməsi praktiki deyil.

Cebhe.info xəbər verir ki, bu barədə “Evening Standard” yazıb.

"Britaniyanın "Typhoon" və "F-35" qırıcılarının idarə edilməsi son dərəcə mürəkkəbdir və onu öyrənmək üçün aylarla vaxt sərf etmək lazımdır. Bunu nəzərə alaraq, bu təyyarələrin Ukraynaya göndərilməsinin praktiki olmadığına inanırıq", - sözçü bildirib.

O əlavə edib ki, biz Ukraynaya hərbi dəstəyimizi göstərməyə və sürətləndirməyə davam edəcəyik:

"Biz yenicə "Challenger" tanklarımızı göndərmişik və irəliləyirik”, - o deyib.

Xatırladaq ki, dünən ABŞ Prezidenti Co Bayden də ABŞ-ın Ukraynaya "F-16" qırıcıları göndərmək planının olmadığını deyib.

Sevinc Tapdıqqızı
Cebhe.info